Hadisə bu gecə olub
Bu gecə Suraxanı rayonunda zəncirvari avtobus qəzası baş verib.
Qəza zamanı “Bakubus” MMC-yə məxsus İveco markalı 3 sərnişin avtobusu toqquşub. Qəza nəticəsində avtobuslar yararsız hala düşüb.
Məlumata görə, qəza avtobuslar qaraja gedərkən baş verib. Ona görə də içərilərində sərnişin olmayıb.
Faktla bağlı araşdırma aparılır. (publika.az)