Heyva mövsümü başlayıb. Hazırda meyvə-tərəvəz mağazalarında, bazar və yarmarkalarda satılan heyvaların çoxu yerli məhsuldur. Heyvanın insana faydaları hələ qədim zamanlardan məlumdur. Təsadüfi deyil ki, qədim Romada heyva ən faydalı meyvələrdən biri kimi bilinirdi.Astarainfo.az Yeniavaz.com saytına istinadən heyvanın insan orqanizmi üçün faydalarını təqdim edir.
1. Tərkibində B2, C və A vitaminləri var.
2. Uşaqların inkişafına müsbət təsir edir.
3. Ağciyərə faydalıdır.
4. Tərkibində dəmir və başqa minerallar var.
5. Mədəyə xeyirlidir.
6. Sinir sistemini qüvvətləndirir.
7. Ağızdakı yaraların sağalmasına kömək edir.
8. Gözə xeyirlidir.
9. Bağırsağa müsbət təsir edir.
10. Bronxit xəstəliklərinin müalicəsində əlverişlidir.
11. Ürəyi gücləndirir.
12. Ana südünü artırır.
13. Beta-karotinlə zəngindir.
14. Sidikqovucudur.
15. Qaraciyərə xeyirlidir.
16. Ödün fəaliyyətinə yaxşı təsir göstərir.
17. Antioksidant maddələrlə zəngindir.
18. Qanı təmizləyir.
19. Dərini təmizləyir.
20. Damarlara yaxşı təsir göstərir.
21. Təzyiqi aşağı salır.
22. Sakitləşdirici təsir göstərir.
23. İştahı açır.
24. Enerji verir.
25. Varikozdan əziyyət çəkənlərə xeyirlidir.
26. Cinsi istəyi gücləndirir.
27. Soyuqdəymə və qrip əleyhinə təsirli vasitədir.
28. Tərlədici təsirə malikdir.
29. Həzmi asanlaşdırır.
30. Ağız qoxusunu azaldır.
31. Qandakı ziyanlı xolesterolu azaldır.