Efiopiya tarixində ilk dəfə qadın prezident seçilib.
Bunu Efiopiya Baş naziri Administrasiyasının başçısı Fitsum Areqa bildirib.
“Parlamentin hər iki palatası səfir Sahle-Vork Zevdeni dövlət başçısı seçib. Bu şəxs müasir Efiopiyanın tarixində bu vəzifəyə seçilən ilk qadındır”, – o vurğulayıb.
Qeyd edək ki, parlamentin hər iki palatası 2013-cü ildən ölkəyə rəhbərlik edən Mulatu Teşomenin istefasını qəbul edib. Efiopiya Konstitusiyasına əsasən, parlement prezidenti 6 illiyə seçir. O, bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz. Prezident daha çox təmsilçilik funksiyasını yerinə yetirir. Efiopiyada real hakimiyyət Baş nazirə məxsusdur.(Report)