“Lonely Planet” turizm nəşri turistlərin rəyləri əsasənda 2019-cu ildə səyahət olunması məsləhət görülən dünyanın 10 şəhərinin siyahısını hazırlayıb.
Astarainfo.az Oxu.Az-a istinadən xəbər verir ki, siyahıya arxitekturası və mətbəxi ilə diqqəti cəlb edən Kopenhagen başçılıq edir.
İkinci yeri Çinin Şencjen şəhəri tutur. Turistlər üçün bu şəhərdə çox sayda gecə klubu, müxtəlif kafelər və tematik parklar mövcuddur.
İlk üçlüyü Serbiyanın Novi-Sad şəhəri qapayır. Bu möhtəşəm şəhər 2019-cu ildə Avropanın gənclər paytaxtı olacaq.
Nəşrin məlumatlarına görə, 2019-cu ildə turistlər ən çox Mayami, Katmandu, Mexiko, Dakar, Sietl, Zadar və Meknes istiqamətində səfərlər edəcəklər.