Abu-Dabidə keçirilən cüdo üzrə beynəlxalq “Böyük Dəbilqə” türnirinə yekun vurulub.Astarainfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, yarışda 8 idmançı ilə təmsil olunan millimiz 3 medal qazanıb. Cüdoçularımızdan Elmar Qasımov gümüş, Məhəmmədəli Mehdiyev və İrina Kindzerska bürünc medalın sahibi olublar.