Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Bu fərmanla “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibinin və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2009-cu il 24 aprel tarixli 86 nömrəli fərmanının 1-ci hissəsi ləğv edilir.
Fərmanda qeyd edilir ki, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti aşağıdakı yeni tərkibdə təsdiq edilsin:
Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri
Əliyev İlham Heydər oğlu
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini
Mehdiyev Ramiz Ənvər oğlu
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin müavinləri
Quliyev İbrahim Said oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Neft və Qaz İnstitutunun direktoru
Həbibbəyli İsa Əkbər oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru
Rzayev Anar Rəsul oğlu
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı
Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru
Əlizadə Akif Ağamehdi oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti, AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru
Azərbaycan Milli Ensiklopediyasının məsul katibi
Nağıyev Tofiq Murtuza oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru
Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvləri
Abiyev Ağacan Qulam oğlu
texnika elmləri namizədi, professor
Bilalov Bilal Telman oğlu
AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri
Budaqov Tahir Yaqub oğlu
Dövlət Statistika Komitəsinin sədri
Bünyadov Teymur Əmiraslan oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri
Cəlilov Namiq Sərdar oğlu
AMEA-nın müxbir üzvü, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru
Eldarov Ömər Həsən oğlu
AMEA-nın həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Ələkbərov Urxan Kazım oğlu
AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Əliquliyev Rasim Məmməd oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik-katibi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru
Əliyev Kamran İmran oğlu
AMEA-nın müxbir üzvü, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri
Əliyev Telman Abbas oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Əşrəf Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunun direktoru
Əliyeva Fərəh Şirməmməd qızı
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Əlizadə Firəngiz Əliağa qızı
AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti
Fərzəliyev Vaqif Məcid oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru
Hacıyev İsmayıl Muxtar oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın Naxçıvan bölməsinin sədri
Hüseynova İradə Məmməd qızı
AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru
Xəlilov Fərhad Qurban oğlu
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı
İsmayılov Amin İsmayıl oğlu
AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri
İsmayıl-zadə Arif Cəfər oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri
Kərimov Kərim Məmmədxan oğlu
AMEA-nın müxbir üzvü
Kərimov Teymur Həşim oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru
Qədirov Fəxrəddin Əbülfət oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri
Qəribov Adil Əbdülxalıq oğlu
AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin sədri
Mahmudov Yaqub Mikayıl oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru
Məhərrəmov Abel Məmmədəli oğlu
AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru
Məlikov Arif Cahangir oğlu
AMEA-nın həqiqi üzvü, xalq artisti
Məmmədəliyev Vasim Məmmədəli oğlu
AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri
Məmmədov Qərib Şamil oğlu
AMEA-nın həqiqi üzvü
Məmmədov Nazim Timur oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın akademik Həsən Abdullayev adına Fizika İnstitutunun direktoru
Məmmədova Fəridə Cəfər qızı
AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri
Muradov Şahbaz Musa oğlu
AMEA-nın müxbir üzvü, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri
Mustafayev Şahin Məcid oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini
Paşayev Arif Mir Cəlal oğlu
AMEA-nın həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru
Rəsulov Əsgər Adil oğlu
Milli Arxiv İdarəsinin rəisi, filologiya elmlər doktoru, professor
Rüstəmov Musa İsmayıl oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri
Salahov Tahir Teymur oğlu
Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, xalq rəssamı
Səmədzadə Ziyad Əliabbas oğlu
AMEA-nın həqiqi üzvü
Vəlixanlı Nailə Məmmədəli qızı
AMEA-nın həqiqi üzvü, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru
Yusifzadə Xoşbəxt Bağı oğlu
AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti