Astara Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı”nın keçirilməsi ilə əlaqədar “Uşaqlar bizim xoşbəxt gələcəyimizdir” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə şəhər 2 saylı Uşaq baxçası körpələr evinin müəllim və uşaqları  iştirak etmişlər.
Mərkəzinin  direktoru Kübra Səmədova  ekskursiyaya gələn müəllim və uşaqlara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ömür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat vermişdir.
Mövzu ilə bağlı Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova  bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin dahiliyi ondan ibarət idi ki, uşaqlara qarşı son dərəcə nəzakətli və mərhəmətli idi. Ulu Öndər Heydər Əliyev uşaqların təhsilinə, onların savadlı və cəmiyyət üçün yararlı olması üçün hər zaman çalışmışdır.
Ulu Öndər Heydər Əliyev hər zaman “Uşaqlar bizim gələcəyimizdir” deyirdi və əgər bir dövlət öz gələcəyini işıqlı, parlaq görmək istəyirsə gərək uşaqa xüsusi diqqət yetirsin.
Qeyd olunmuşdur ki, Dahi şəxsiyyət  Heydər Əliyev yolunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının  1-ci vitse  prezidenti  Mehriban xanım Əliyeva kimi insanlar var.
Tədbirin sonunda uşaqlar Azərbaycan Respublikasının dövlət himnini oxumuş və Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmişlər.

Elza Kazımova

Astarainfo.az