Tezliklə “WhatsApp” messencerində reklam elanları göstəriləcək.
Bu barədə “WhatsApp”ın vitse-prezidenti Kris Deniels bildirib. Onun sözlərinə görə, reklam elanları “WhatsApp” statusunda yerləşdiriləcək.

Belə ki, gün ərzində 450 milyondan çox aktiv istifadəçi statusları izləyir. Yaxın vaxtlarda messencerin “iOS” versiyası, daha sonra isə “Android” versiyadan istifadə edənlərə reklam göstəriləcək.

Məlumata görə, “Facebook”un baş direktoru Mark Zukerberq reklam vasitəsilə platformadan pul əldə etmək istəyir. (xezerxeber.az)