İtaliyada pis hava şəraiti nəticəsində ölənlərin sayı 30  nəfərə çatıb.
Bu barədə ANSA agentliyi məlumat yayıb. Daha 1 nəfər itkin düşüb. Ötən gecə təkcə Siciliyada ölənlərin sayı 12 nəfərə qədər artıb.  Bundan əvvəl bildirilirdi ki, Palermo şəhərində güclü leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində 3-ü uşaq olmaqla, azı 10 nəfər həyatını itirib.(ATV.az)