Türkiyənin cənub-şərqində, Hakkari əyalətində silah-sursat anbarında partlayış baş verib.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
T.Ərdoğan deyib: “Silah sursat anbarında baş verən partlayışda 7 hərbçimiz həlak olub, 25-i yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Hazırda onları müalicə üçün Ankaraya gətirirlər”.
Prezidenti əlavə edib ki, partlayışın səbəbləri araşdırılır.(Trend)