Bu gündən Azərbaycanın ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayıb.
Tətil noyabrın 21-nə kimi davam edəcək.
Tədris ilinin 5 günlük qış tətili isə 2019-cu ilin yanvarın 27-dən 31-dək olacaq.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr – 26 yanvar, ikinci yarımili 1 fevral – 14 iyunu əhatə edir.(Yeniavaz.com)