Noyabrın 17-də Astara rayonunun ümumtəhsil məktəblərində Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş aksiya zamanı rayonun təhsil ocaqlarında 1200 ədəd, o cümlədən 400 sərv, 150 şam, 150 tuya, 500 həmişəyaşıl ağac əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyası bir həftə davam edəcək.