Cənub bölgəsinin tarix və mədəniyyət abidələri, sosial-iqtisadi inkişafı və görməli yerləri ilə tanışlıq şagirdlərin böyük marağına səbəb oldu. Biz Bakıya zəngin təəssüratlarla qayıdırıq.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş tur-aksiya çərçivəsində cənub bölgəsinə səyahət edən Bakının Xətai rayonundakı 245 nömrəli tam orta məktəbin X sinif şagirdi Vüsal Bağırzadə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
Vüsal Bağırzadə daha sonra deyib: “Cənub bölgəsi ilə tanışlığımız Lənkərandan başladı, Astara və Masallı rayonlarında davam etdi. Humanitar aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, səfər zamanı şagirdlər və müəllimlər təcrübə mübadiləsi etmək imkanı da qazanırlar. Bizə bu imkanı yaradanlara “Çox sağ olun” deyirik”.