Noyabrın 20-də səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonundakı yaşayış binasında baş vermiş uçqunla əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gəliblər.
Fövqəladə Hallar Nazirliyindən (FHN) xezerxeber.az-a bildiriblər ki, Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişi ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.(xezerxeber.az)