Noyabrın 22-də Astara rayonunda ədliyyə orqanlarının yaranmasının 100-cü ildönümünə və ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Rayonun inzibati orqanlarının rəhbərlərinin iştirakı ilə Astara rayon məhkəmə işçilərinin kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzinə gələn tədbir iştirakçıları Ulu Öndərin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponatlarla tanış olublar.
Mərkəzinin direktoru Kübra Səmədova tədbir iştirakçılarını Ədliyyənin 100 illik yubileyi və peşə bayramları münasibətilə təbrik edib,Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ömür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat verib.
 Daha sonra tədbir Astara Rayon Məhkəməsinin  inzibati binasında davam etdirilib.
Tədbirdə rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəsti Əliyeva rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin təbrik məktubunu tədbir iştirakçılarına çatdırıb.
Rayon məhkəməsinin sədri Zamin İbrahimov ədliyyə orqanlarının yaranmasının 100-cü ildönümü və ədliyyə işçilərinin peşə bayramı  münasibətilə onları təbrik edib, ölkəmizdə ədliyyə sisteminin formalaşmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib, vətəndaş cəmiyyətinin inkişafında, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunmasında ədliyyə işçilərinə uğurlar arzulayıb.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən, ölkəmizdə hər il noyabrın 22-nin ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu diqqətə çatdıran Zamin İbrahimov bildirmişdir ki, Azərbaycanda həyata keçirilən demokratik islahatlar, o cümlədən məhkəmə hüquqi nəticəsində müstəqil məhkəmə hakimiyyəti bərqərar olunub.
Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan dövlətinin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə bağlıdır. Ölkəmizdə aparılan demokratik islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycan Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilatın tamhüquqlu üzvü seçilmişdir.
 Sonda Azərbaycan Ziyalılarının Demokratik İttifaqının Astara rayon şöbəsinin  sədri Mircəfər Babazadə bir qrup ədliyyə işçisinə ziyalılar cəmiyyətinin fəxri fərman və diplomlarını təqdim edib.
Tədbir iştirakçıları ölkəmizdə ədliyyə sisteminin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nicat Raufoğlu
Astarainfo.az