İranda baş verən zəlzələdə yaralıların sayı 729-a çatdı (YENİLƏNİB)

İlk xəbər saat 09:19-da yayılıb

İranda baş verən zəlzələdə yaralıların sayı 729-a çatıb.

İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi bu barədə məlumat verib.
Onun sözlərinə görə, 37 nəfər xəstəxanaya yerləşdirilib.
İranın Kirmanşah vilayətinin Seysmologiya mərkəzinin rəhbəri Fərhad Furuzi isə deyib ki, 6,4 ballıq zəlzələ ötən il baş verən zəlzələnin qayıdış şoku hesab olunur: “Ötən gecədən səhər saat 08:00-dək 152 ədəd after-şok qeydə alınıb. Onun ikisi 5 baldan güclü, 7-si 4-5 bal, 37-si 3-4 bal gücündə olub”.
 saat 09:19
İranda baş verən zəlzələdə yaralıların sayı 634-ə çatıb. Zəlzələdə ölüm faktı qeydə alınmayıb.
Bunu İranın Kirmanşah vilayətinin valisi Huşəng Bazubənd deyib.
Onun sözlərinə görə, yaralıların vəziyyəti yaxşıdır.
Vali əlavə edib ki, baş verən zəlzələdə su, elektrik və qaz kəsilməyib.
Qeyd edək ki, ötən gün saat 20:07 radələrində Kirmanşah vilayətinin qərbində 6,4 bal gücündə zəlzələ baş verib.(Trend)