İstanbulda hərbi helikopter qəzaya uğrayıb.
Yeniavaz.com Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, helikopter Sancaktepe rayonu ərazisinə düşüb. Hadisə nəticəsində 4 hərbçinin şəhid, 1 hərbçinin isə yaralandığı bildirilir. Küçəyə düşən “Sikorsky” tipli  helikopter üçün hadisə yerinə xeyli sayda xilasetmə briqadası göndərilib. Helikopterdə eniş zamanı nasazlıq yaranıb. Qəza zamanı küçədə heç kəs olmadığına görə mülki şəxslər zərər görməyib.