Astara Azərbaycanın ən gözəl rayonlarından biridir. Astaranın gözəlliyi barədə çox eşitmişdim. Bu gün bunu öz gözlərimlə gördüm.
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
Səfir deyib: “Astarada görülən işlər fərəh hissi doğurur. Biz burada təkcə bu rayonun deyil, bütövlükdə gözəlləşən Azərbaycanın necə inkişaf etdiyinin şahidi oluruq. Bu, təkcə mənim deyil, Astaraya səfər edən digər diplomatik nümayəndələrin də fikridir. Göstərilən qonaqpərvərlikdən hamımız çox məmnunuq. Bu səfərin təşkilinə görə Xarici İşlər Nazirliyinin rəhbərliyinə minnətdarıq”.