İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yeniyetmə güləşçilər arasında “Day of children” devizi ilə keçirilən beynəlxalq turnirdə astaralı idmançı uğurla çıxış edib.
İki gün davam edən yarışda ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız təmsil edib. Millimizin tərkibində çıxış edən astaralı idmançı Ramik Heybətov 48 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına sahib olub.
Qeyd edək ki, R.Heybətov ilk görüşündə erməni rəqibinə qalib gəlib.(AZƏRTAC)