Hindistanın “Jet Airways” aviaşirkəti 14 reysi təxirə salıb. Astarainfo.az Trend-ə istinadən məlumat verir ki, buna səbəb qəflətən pilotların kütləvi şəkildə özlərini pis hiss etməsi olub. Məlumata görə, pilotlar son bir neçə ayı əmək haqqını ala bilməyəndən sonra belə “qəfil xəstələniblər”.
Bildirilir ki, əslində pilotlar şirkət rəhbərliyinin əmək haqlarını ödəməməsinə etiraz olaraq belə addım atırlar.
Məlumata görə, aviaşirkət reyslərin təxirə salınmasına görə sərnişinlərdən üzr istəyib və pilotların tələb etdiyi əmək haqlarını ödəmək barədə qərar qəbul edib.