Evimiz rahat ola biləcəyimiz yeganə məkandır. Evdə olarkən  biz özümüzü həyatın xoşagəlməyən hadisələrindən qorunmuş kimi hiss edirik.
Buna görə də  yaşadığımız qalamızı bütün mənfi enerjilərdən təmizləməliyik. Evimizi xoşagəlməyən enerjidən təmizləmək üçün ilk növbədə müəyyən əşyaları atmalıyıq. Neqativ enerjini yeni ilə daşımamaq üçün məhz elə Yeni il qabağı evdə dərindən təmizlik işləri aparılmalıdır.
Hansı əşyaları atmaq lazımdır?
– Evdar qadınların istifadə etdikləri plastik qablar onun içərisində hazırlanan yeməklərə neqativ enerji ötürür. Buna görə də  onlardan qurtulmaq lazımdır və onun yerinə keramik qablara üstünlük vermək lazımdır.
– Dünyasını dəyişmiş insanların əşyalarını saxlamaqla onların enerjilərini də saxlamış olursunuz. Buna görə də  onları evdə saxlamaq təhlükəlidir. Xatirə üçün yalnız bir əşyanı saxlamaq olar.
– Köhnə qəzet və jurnallar neqativ enerjini özündə toplayan əşyalar sırasına daxildir. Bir qayda olaraq onların içərisində olan enerji evə daxil olan bütün enerjiləri özünə cəlb edir. Bu səbəbdən Yeni il qabağı köhnə qəzet, jurnal və kitabları yaxınlıqda olan kitabxanaya vermək və ya tullamaq lazımdır.
– Dəbdən düşən əşyaları, geyinmədiyiniz geyimləri də evdən uzaqlaşdırmaq lazımdır. Köhnə geyimləri nə vaxtsa lazım olar deyə yığıb saxlamaq məsləhət deyil. Köhnə ili özünüzlə Yeni ilə aparmaq lazım deyil. Sizə xoşbəxtlik və pozitiv əhval-ruhiyyə gətirəcək yeni əşyalara yer açmaq lazımdır.
– Köhnə ətirlər və kosmetikanı da saxlamaq lazım deyil. Kimyəvi birləşmələr və ətir yağları bütün kosmetik vasitələrin tərkibində mövcuddur. Zamanla ətirlər və kosmetik vasitələr keyfiyyətlərini itirərək əsl zəhərə çevrilirlər.
– Acı xatirələri yada salan şəkilləri Yeni ilə aparmaq məsləhət deyil. Yaddaşınızda pis xatirələr qoyan insanların şəkillərini saxlamayın. Yaxşısı budur, mənfi emosiya və xatirələrinizi köhnə ildə qoyasınız.
– Lazımsız hədiyyələri istənilən hər bir evdə tapmaq olar. Təəssüf   yaxın insanlar hədiyyə alarkən çox vaxt sizin zövqünüzü oxşaya bilmirlər. Bu kimi hədiyyələri yığıb saxlamaq lazım deyil. Çalışın onları ehtiyacı olan insanlara bağışlayasınız.
Bu əşyaları atmaqla siz onlarda toplanan neqativləri köhnə ildə qoymuş olursunuz. Yeni ilə isə gözəl əhval-ruhiyyə və təravətli eviniz ilə daxil olacaqsınız. Könül Əliyeva,“İki sahil”