İndoneziyanın hakimiyyət orqanları Sumatra və Yava adalarının sahilyanı rayonlarında sunami təhlükəsinin qaldığı barədə xəbərdarlıq ediblər.
Yerli əhaliyə sahil xəttindən uzaq durmaq tövsiyə olunub. Yava adasının Banten vilayətinin Pandeqlanq və Seranq, həmçinin Sumatra adasının Lampunq rayonlarında yeni sunami zərbələri təhlükəsi qalır.
Son məlumata görə, dünən axşam saatlarında baş vermiş sunami nəticəsində ölənlərin sayı 222 nəfərə, xəsarət alanların sayı 843 nəfərə çatıb, 28 nəfər isə itkin düşmüş sayılır.
Təbii fəlakət qurbanlarının hamısının İndoneziya sakinləri olduğu bildirilir.(AZƏRTAC)