Prezident İlham Əliyevin görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına müvafiq olaraq Astara Rayon Uşaq Musiqi Məktəbində tədbir keçirilib.
Tədbirdə musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi Leyla İskəndərova Xalq artisti Gülxar Həsənovanın ömür yolu və yaradıcılığı barədə danışıb.
Sonra tədbir iştirakçıları görkəmli müğənniyə həsr olunmuş videofilmə baxıblar.
Tədbirdə məktəbin xanəndəlik sinfinin müəllim və şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Astarainfo.az