Ötən il Luvr Muzeyini ziyarət edən şəxslərin sayı 10 milyonu ötüb. Bu da muzey tarixində rekort göstərici sayılır.
Astarainfo.az“Report”-a istinadən xəbər verir ki,  bunu muzeyin direktoru Jan-Luc Martinez bildirib.
Onun sözlərinə görə, muzeyin tarixində ilk dəfə olaraq belə bir rəqəm qeydə alınıb: “2018-ci ildə Luvru 10 milyondan çox adamın ziyarət etdiyini düşünürəm”.
Direktor bildirib ki, Fransa paytaxtında baş verən terror hücumlarından sonra müşahidə edilən azalmanın ardından, Parisdə beynəlxalq turizmin bərpası layihəsi sayəsində 2018-ci ildə muzeyə rekord sayda ziyarətçi baş çəkib.
Qeyd edək ki, muzeyin əvvəlki rekordu 2012-ci ildə qeydə alınıb. Həmin il Luvru 9.7 milyon insan ziyarət edib.
Luvr Muzeyi ilk dəfə 8 noyabr 1793-cü ildə açılıb. Onun ilk sərgisi Fransız hökmranlarının kolleksiyasından 537 rəsm və 124 digər sənət əsərlərindən ibarət olub. Bu gün Luvr dünyanın ən böyük sənət muzeylərindən biridir.