Düyü suyundan bir neçə formada istifadə edilir. Azərbaycanda ən yayğın olanı həlimdir. Xüsusi dada malik olan düyü suyunun insan orqanizminə faydaları saymaqla bitmir.
Çində, Yaponiyada, Cənub Şərqi Asiya ölkələrində isə qadınlar illərdir düyünün çiy formada suyundan saçlara qulluqda istifadə edirlər. Astarainfo.az Yeniavaz.com saytına istinadən hər iki formada düyü suyunun insan orqanizminə faydalarını təqdim edir.

Çiy formada saçlara faydaları
– Düyü suyunu saç maskası olaraq istifadə edib, 20 dəqiqə gözləyib, su ilə yaxaladıqda saç tökülməsinin qarşısını alır.
– Saçları uzadır.
– Tərkibində B, C, E vitaminləri var.
– Saç köklərini gücləndirir.
– Saçları parlaq edir.
– Minerallarla, antioksidantlarla zəngindir.
– Qırılmış saçların yenidən bərpasına kömək edir.

Çiy formada dəriyə faydaları
– Dəriyə xeyirlidir.
– Üzdəki ləkələri yox edir.
– Sızanaqları azaldır.
– Dərini ağardır.
– Cavan qalmağa kömək edir.

Həliminin faydaları
– Bağırsağa müsbət təsir göstərir.
– Enerji verir.
– Qızdırmanı salır.
– İltihabəleyhinədir.
– Bədəndəki artıq yağları azaldır.
– Çəkini azaltmağa kömək edir.
– Karbohidrat mənbəyidir.
– Allergiyası olanlara xeyirlidir.
– Ürəkbulanmanın qarşısını alır.
– Mədə pozulması zamanı müsbət təsir edir.
– Qastriti olanlara xeyirlidir.
– Köpdən azad edir.
– Vitaminlərlə zəngindir.
– Minerallarla, antioksidantlarla zəngindir.