Əncir qurusu və təbii südün orqanizmə ayrı-ayrılıqda faydaları barədə çoxumuz məlumatlıyıq. Lakin əncirli süd də bir çox xəstəliklərin müalicəsində böyük rol oynayır. Astarainfo.az Yeniavaz.com saytına istinadən əncirli südün insan orqanizminə faydalarını təqdim edir.

Hazırlanma qaydası
Qaynayan südün içərisinə 3 və ya 4 əncir atın. Birgə təxminən 5 dəqiqə qaynadın. 20 dəqiqə gözlədikdən sonra için. Əgər qəbizliklikdən əziyyət çəkirsinizsə, ən azı yarım saat sonra probleminiz həll olunacaq.

Faydaları
1. Sinəni yumşaldır.
2. Öskürəyin qarşısını alır.
3. Kalsiumla zəngindir.
4. Sümükləri və dişi gücləndirir.
5. Bağırsaqların işləmə qabiliyyətini artırır.
6. Ödqovucudur.
7. Boğaz ağrısını yox edir.
8. Antibioteik təsiri göstərir.
9. Uzun müddət toxluq hissi verir.
10. Ağız yaralarını sağaldır.
11. Vitaminlərlə zəngindir.
12. Tərkibində fosfor var.
13. Qaraciyərə faydalıdır.
14. Sidikqovucudur.
15. Böyrəklərdəki qumu əridir.
16. Mədəni yumşaldır.
17. Cinsi aktivlik yaradır.
18. Ürəyə xeyirlidir.
19. Qanı duraldır.
Xəbərdarlıq
Südə və ya əncirə allergiyası olanlara əncirli süd də mənfi təsir göstərə bilər. Odur ki, həkimlə məsləhətləşməlisiniz.