Digər plastiklərlərlə müqayisədə sellofanlar daha tez təbiətdə həll olunsa da, insan səhhəti, o cümlədən təbiət üçün heç də zərərsiz deyil.
Tərkibində olan BPA adlanan maddə qida ilə əlaqəyə girdikdə insan səhhəti üçün təhlükə yarada bilir. 6 yaşdan yuxarı 2517 nəfər üzərində aparılan araşdırma zamanı nəcislərdən götürülən nümunələr də bunu sübut edib. Bəlli olub ki, əldə olunan nümunələrin 93 faizində BPA maddəsi çıxıb.
Mütəxəssislər bildirib ki, hətta qidalarımızda, havada da bu cür tullantıların qalıqları tapılıb. Bəzən bu tullantıların təbiətdə mühitə qarışaraq həll olunduğunu düşünsək də, əslində ən kiçik hissəcikləri də bizim ətrafımızda fırlanır. Belə sellofanların hətta xərçəng xəstəliyinə də yol açdığı bildirilir. Bu səbəbdən də İngiltərə, Kanada, Amerika, Avropa Birliyi ölkələrində belə sellofanlar artıq qadağan edilib.(sputnik.az)