Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yanvarın 11-i gündüzdən 12-si gündüzədək cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında da yanvarın 11-i və 12-də qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 11-i gündüzdən 12-si gündüzədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi proqnozlaşdırılır ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.(Azərtac)