Mayın 16-dan başlayaraq Bakıdan Həştərxana uçuşlar həyata keçiriləcək.
Bu barədə “Volqoqrad Beynəlxalq Aeroportu” Publik Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Dmitriyev öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, uçuşlar “BUTA Airways” şirkəti tərəfindən həyata keçiriləcək və biletin dəyəri 29 avro olacaq.
Uçuşlar bazar ertəsi və cümə axşamı günləri olacaq.
Xatırladaq ki, bir neçə il əvvəl Bakı-Həştərxan reysləri mövcud olsa da, marşrut rentabelli olmadığı üçün ləğv edilmişdi.(Trend)