Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin 29 illiyi ilə əlaqədar Xalq artisti Alim Qasımov, Əməkdar artist Ədalət Şükürov, reper Qurd, Nuray Rəhman ailə qrupu, Hakan Efe Can və digər körpə vətənpərvərlərin iştirakı ilə şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölmürlər!” adlı yeni video-çarx hazırlanıb.
Qeyd edək ki, layihənin ideya müəllifi və rəhbəri Lalə Qəzənfərdir.
Yanvarın 18-də saat 14:30-da Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində həmin video-çarxın təqdimatı keçiriləcək.(Xezerxeber.az)