Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbərliyi təşkilatın bu gün başlayan qış sessiyasında yenidən təsdiq olunaraq tərkibi müəyyən olunub.
Lilyan Mori Paskye AŞPA-nın yay sessiyası müddətində müvəqqəti prezident seçilmişdi və qış sessiyasında yeganə namizəd olduğu üçün seçkisiz bu vəzifəyə təyin edilib.
1956-cı ildə Cenevrədə anadan olan Lilyan Mori Paskye İsveçrənin Sosial Partiyasının üzvüdür.
Qeyd edək ki, AŞPA-nın əvvəlki prezidenti Mikele Nikoletti keçən ilin mart ayında İtaliya parlamentində növbəti seçkilər zamanı yenidən seçilə bilməməsi ilə əlaqədar AŞPA-nın rəhbərliyindən kənarlaşdırılıb.AŞPA-nın qış sessiyası bu gün işinə başlayıb və yanvarın 25-nə kimi davam edəcək.(Report)