Azərbaycanda sahibkarların qeydiyyatı üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilir.
Vergilər Nazirliyinin yeni layihəsi ilə bütün informasiyalar vahid mərkəzdə toplanacaq və elektron qaydada müraciət edən istifadəçi MMC-ni 20 dəqiqə ərzində qeydiyyatdan keçirə biləcək. Əvvəl isə bunun üçün 3 prosedurdan keçmək və 3,5 gün vaxt sərf etmək lazım idi.
Yeniliklə elektron və ya ASAN imzaya ehtiyyac olmadan dövlət qeydiyyatının aparılması, ƏDV qeydiyyatı və bank hesabının açılması bir prosedurla tamamlancaq. Bu şəxslər elektron formada ”İnternet vergi idarəsi”nə daxil olmaqla FİN kodla identifikasiyadan keçəcəklər və qeydiyyat ərizəsi ilə müraciət edəcəklər. Bununla da VÖEN vermə prosesi yekunlaşacaq.
Bu barədə jurnalistlərə Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov məlumat verib.
Bir mərhələdə həyata keçirilən qeydiyyatla bağlı məlumatlar avtomatik formada müvafiq qurumlara göndəriləcək.
Ələkbər Məmmədov, ölkədə qeydiyyatda olan fiziki və hüquqi şəxslərin sayı ilə bağlı da məlumat verib.
Bu addımın vergi ödəyicilərinin qeydiyyatını sadələşdirməklə yanaşı, ölkəmizin ”Doing Business” hesabatında mövqeyinə müsbət təsir edəcəyi gözlənilir.(Xezerxeber.az)