Türkiyədə gəmidə yanğın baş verib.
Hadisə İstanbulun Tuzla tərsanəsindəki gəmilərdən birində qeydə alınıb.
Yanğın nəticəsində 7 nəfər yaralanıb.
Hadisə gəminin göyərtəsində iş görülən zaman baş verib.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım heyəti cəlb olunub. (Report)