“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşdü. Şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət dilədi, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini dedi. Prezident İlham Əliyev şəhid anasının ayağa qalxmasına izin vermədi, özü onun yanına getdi və bir daha şəhidlərimizin və onların ailələrinin bizim üçün nə qədər dəyərli olduğunu nümayiş etdirdi… Milli birliyimizi də, torpaqlarımızın azad olunmasını da, Vətənimizin bölünməzliyini də təmin edəcək mənəviyyat budur! Ona görə də ərazi bütövlüyümüzün bərpa olunacağı gün uzaqda deyil”.
Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.
Millət vəkili qeyd edib ki, dövlətimiz və onun başçısı tərəfindən şəhid ailələri, müharibə veteranları və əlillər daim diqqət mərkəzində olub. Prezident İlham Əliyevin şəhid ailələri ilə son görüşü və görüşdən dərhal sonra imzaladığı Fərman isə bu diqqət və qayğının növbəti sübutudur:
“Ali Baş Komandanımız görüşdə bir daha qətiyyətlə bəyan etdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq. Doğrudan da, ötən illər ərzində həyata keçirilən müstəqil siyasət güclü iqtisadiyyatımızın yaranmasına, beynəlxalq münasibətlər sitemində ölkəmizin yerinin və rolunun möhkəmlənməsinə gəritib çıxarıb ki, bunlar da ərazi bütövlüyümüzün bərba olunması üçün real geostrateji şərtlər formalaşdırıb. Əlbəttə, buna nail olmaq, ənənəvi geosiyasi balansı ölkəmizin lehinə dəyişmək hazırki beynəlxalq şərtlər içərisində olduqca çətin bir işdir, amma Azərbaycan buna nail olmağı bacarıb. Ancaq bütün bu məsələlərlə yanaşı Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub.
Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan şəhidlərin ailələrinin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib. Təsadüfi deyil ki, bu vaxta qədər belə vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi olaraq artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. Elə keçən il də Prezident İlham Əliyev şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı fərman imzaladı və həmin fərmana əsasən, 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutuldu və artıq bu proses çərçivəsində 3 mindən çox şəhid ailəsinə vəsait verilib. Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşdən sonra imzaladığı Fərmana əsasən isə, daha çox şəhid ailəsi birdəfəlik müavinət alacaq ki, bu da şəhidin hansı statusda xidmətə çağırıldığı və hansı şəraitdə öz həyatını Vətən üçün fəda etməsindən asılı olmayaraq, hər birinin Azərbaycan dövləti və xalqı üçün son dərəcə dəyərli olmasının sübutudur”.(Trend)