“Azərbaycanda toxumçuluq və tingçilik ilə bağlı Dövlət Proqramı hazırlanır”.
Astarainfo.az “Report”-a istinadən məlumat verir ki, bunu bu gün Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov “Azərbaycan Respublikasının regionlarının 2014-2018 -ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.
Nazir qeyd edib ki, kənd təsərrüfatında toxumçuluq sahəsində sistemli təkliflər hazırlanır: “O cümlədən, subsidiyaların verilməsi ilə bağlı yeni təkliflər üzərində işlənilir. Sertifikatlı toxumların alınmasının təşviq edilməsi ilə bağlı da təkliflər hazırlanır”.