Astara rayon Gənclər və İdman İdarəsinin və Astara rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Astara Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarına hazırlıq məqsədi ilə məktəblilər arasında  mini futbol üzrə rayon birinciliyi keçirilib
Məqsəd  Azərbaycan Respublikasında futbolun inkişafına dair “Dövlər Proqramının” həyata keçirilməsi, “Bədən tərbiyəsi və İdman haqqında” Azərbaycan Respublikası qanununun müvafiq maddələrin həyata keçirilməsi, uşaq və yeniyetmələr arasında futbolun kütləviliyini artırmaq, yeniyetmə futbolçuların ustalıqlarını və onlar arasında futbola olan maraqı yüksəltmək, yeniyetmələrin XII Respublika Oyunlarına hazırlıq məqsədi ilə rayonun yığma komandasını müəyyən etmək olub.
Yarışın sonunda Astara şəhər 1 və 2 saylı tam orta məktəblərinin komandası müvafiq olaraq I və II yerlərə layiq görülüblər.
Qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıb.
Rufan Şirinov
Astarainfo.az