“Azərişıq” ASC 2019-cu ilin Tədbirlər Planı əsasında regionlarda yenidənqurma və əsaslı təmir-tikinti işlərinə başlayır.
Astarainfo.az xəbər verir ki, bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bu gün Aran Regional Enerji Təchizatı və Satışı İdarələrinin inzibati ərazilərindən Beyləqan rayonuna avadanlıqlar yola salınıb: “Dəmir-beton dayaqlar, elektrik veriliş və kabel xəttləri Beyləqan çatdırılıb. Rayonun bir neçə kəndində artıq yenidənqurma işləri aparılıb. “Beyləqan-1″ 110kV-luq yarımstansiyası yaxın vaxtlarda istismara veriləcək. Bu proses il ərzində bütün regionlarda həyata keçiriləcək”.
Qeyd edək ki, ötən il 119 kənddə 0,4kV-luq şəbəkələrdə yenidənqurma işləri aparılıb. İstehlakçıların sayğacları da daxil olmaqla elektrik verilişi xəttləri yenilənib. Ağac dayaqlar dəmir-beton dayaqlara əvəzlənib.