“2018-ci il Dövlət Gömrük Komitəsində islahatların yekunlaşdığı il olaraq tarixə düşəcək”.
Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, bunu komitənin sədri Səfər Mehdiyev bu gün gömrük əməkdaşlarının peşə bayramı münasibətilə bağlı keçirilən kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, ötən il gömrük sisteminin strukturu yenilənib: “Komitə polis nəzarət funksiyasından xidmət funksiyası strukturuna keçib. Kadrların düzgün seçilməsi ilə bağlı attestasiya keçirilib”.
S.Mehdiyev onu da bildirib ki, xidmətdə çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması nəticəsində gömrük əməkdaşlarının məvacibi artırılıb: “Bu gün Azərbaycan gömrük orqanlarında çalışan əməkdaşlar ən yüksək əmək haqqı alır. Gömrük sistemində şəffaflığın təmin olunması üçün gecə-gündüz fəaliyyət göstərəcəyik və dövlət başçısının tapşırıqlarını sonuna kimi yerinə yetirəcəyik”.