Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayıb. Onlayn Agentliyinin (Online News Agency – ONA) yaradılmasında əsas məqsəd Azərbaycanda və dünyada baş verən ən mühüm siyasi, iqtisadi və digər yenilikləri işıqlandırmaq, aparıcı transmilli informasiya agentlikləri ilə sıx münasibətlər qurmaq, qarşılıqlı əməkdaşlıq çərçivəsində ölkə həqiqətlərini, respublikanın siyasi və iqtisadi həyatını əks etdirən dolğun məlumatları, ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu haqlı mövqeni dünyaya çatdırmaqdır. Əsas iş prinsipi dəqiqlik, operativlik, tərəfsizlik olan ONA xüsusi bülletenlər və onlayn rejimdə Azərbaycan, Rus, İngilis, Ərəb, Fransız və Erməni dillərində xəbərlər yayımlayacaq. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələr barədə xəbərlər, məqalələr, müsahibələr, ekspert rəyləri yer alır. ONA-nın foto və video, iqtisadi və siyasi mövzularda analitika xidmətləri də var. Agentliyin Azərbaycanın bütün bölgələrində, ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan və İranda ofisləri fəaliyyət göstərir. (Modern.az)

1 comment

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here