“Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı fərman təxminən 850 minə yaxın fiziki şəxsi əhatə edəcək”.
Prezidentin imzaladığı fərmanın 10 min ABŞ dollarınadək götürülmüş kredit borclarına şamil olunacağını vurğulayan T.Mirkişili qeyd edib ki, dünya ölkələrində belə bu həcmdə rəqəmlərə rast gəlmək qeyri-mümkündür:
“Bir çox ölkələrdə 1000, bəzilərində 700 dollara qədər kreditlərə güzəştlər tətbiq edilir. Bununla bağlı Azərbaycan cəmiyyətində də müzakirələr gedirdi və bu müzakirələr zamanı 10 min ABŞ dollarınadək olan kreditlərə güzəştin olacağı barədə gözləntilər yox idi. Prezident tərəfindən birdən-birə 10 min ABŞ dollarınadək olan kreditlərə güzəştin tətbiq olunması kifayət qədər böyük və əhalinin rifahı üçün atılmış unikal bir addımdır. Bu fərmanın tətbiqi ilə 850 minə yaxın vətəndaşın rifahını gücləndiriləcək”.(REAL)