Sağlam həyat tərzinin ən vacib tərəflərindən biri yuxudur. Yuxu insanın həyat səviyyəsinə birbaşa təsir etdiyi artıq elmi cəhətdən sübut olunub. Yuxu mütəxəssisi Matyiu Volker əbəs yerə deməyib ki, “yuxu dünyadakı ən demokratik və pulsuz müalicə sistemidir”. Bununla belə hələ də bir çox insan üçün yuxuya getmək və ya rahat yatmaq böyük problemdir.
Astarainfo.az Yeniavaz.com -a istinadən xəbər verir ki, nevrologiya və yuxu mütəxəssisləri mükəmməl yuxu üçün 6 qızıl qayda tərtib edib.
Həmin qaydaları təqdim edirik:
1. Hər gün eyni saatda yatıb, eyni saatda oyanmağa diqqət edin.
2. Yatdığınız otaq tamamilə qaranlıq olmalıdır. Həmçinin yatmadan bir saat əvvəl texnologiya ilə əlaqənizi kəsin.
3. Yatdığınız otağın sərin olmasına xüsusi diqqət edin. İdeal temperatur +18 dərəcədir.
4. Yatağınızdan sadəcə yatarkən istifadə edin. Yəni yuxuya getmə müddətiniz 20 dəqiqədən çoxdursa, yataqdan çıxın və yuxunuz gələnə kimi başqa işlərlə məşğul olun.
5. Tərkibində kofein olan maddələrdən az istifadə edin. Kofeinin insan bədənini tərk etmə müddəti 12 saatdır ki, bu da yuxuya birbaşa təsir edən amillərdəndir.
6. Alkoqoldan istifadəni dayandırın və ya azaldın. İnsanlar arasında “alkoqol rahat yuxu gətirir” deyə yanlış məlumat yayılıb. Əksinə, yatmazdan əvvəl alkoqol istifadəsi, sinir sisteminə mənfi təsir göstərir və rahat yatsanız da beyin dincəlmir.