“Mətbuat Şurasının Qəzet yayımı ilə bağlı monitorinq qrupu tərəfindən Bakı şəhərində qəzet köşklərinin monitorinqi aparılır”.

Bunu OMonitorinq qrupunun rəhbəri Vüqar Rəhimzadə deyib.

Hazırda köşklərdə qəzetlərin real satış vəziyyətinin təhlil edildiyini bildirən V.Rəhimzadənin sözlərinə görə, əksər köşklərin satıcıları, ümumiyyətlə, qəzet satışından məlumatsızdır: “Elə köşklər var ki, qəzetdən başqa hər şey satılır”.

O qeyd edib ki, əhalinin daha sıx toplaşdığı ərazilərdə, o cümlədən “Bakı Metropoliteni”nin keçidlərində, marketlərdə, mehmanxanalarda qəzet köşklərinin quraşdırılması ilə bağlı təkliflər hazırlanıb: “Hazırladığımız təkliflər Mətbuat Şurasının İdarə Heyətində kütləvi informasiya vasitələrinin rəhbərlərinin iştirakı ilə geniş müzakirə olunacaq. Qəzet yayımı ilə bağlı Mətbuat Şurası adından aidiyyəti qurumlara müraciətin ünvanlanması, həmin qurumların səlahiyyətli nümayəndələri ilə görüşlərin keçirilməsi də nəzərdə tutulur”.(ONA)