“Azərpoçt” MMC vakansiya elan edib.

Qurumdan verilən məlumata görə, ən ucqar yaşayış məntəqələrini əhatə edən irimiqyaslı şəbəkəyə və çoxsaylı işçi komandasına malik “Azərpoçt” MMC özünə güvənən, bacarıqlı, məsuliyyətli, potensiallı və karyera qurmaq arzusunda olan gənclərimizi komandamıza qoşulmağa dəvət edir.

Vəzifələr: Poçt şöbə rəisi, əməliyyatçı.

Tələblər: ali və ya orta ixtisas təhsili, kompüter bacarıqları

Komandamızın üzvü olmaq istəyən region, qəsəbə və kənd əhalisi aşağıdakı linkə daxil olub müraciət formasını doldurub bizə göndərə bilərlər.(Trend)