Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və rayon icra hakimiyyətlərinin əməkdaşları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində kütləvi ağacəkmə aksiyaları keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, aksiyalar zamanı paytaxtın inzibati rayonlarında ümumilikdə 3050, regionlarda isə meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 21 min 770 müxtəlifcinsli ağac əkilib.

Qeyd edək ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib.

Ağacəkmə aksiyaları davam edir.(xezerxeber.az)