??

AFFA-nın 2018-2019-cu il təqvim planına uyğun olaraq 4 yaş qrupları (U-10, U-11, U-12, U-14) arasında keçirilən respublika zona yarışlarının yekun nəticələrinə əsasən, Astara rayonunun 4 komandası öz qruplarında birinci və ikinci yerləri tutaraq respublika final mərhələsində iştirak etmək hüququ qazanıb.

Bu münasibətlə Astara şəhərində qalib komandaların üzvləri və onların məşqçiləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Azər İbrahimov və başqaları yeniyetmə futbolçuları və onların məşqçilərini qazandıqları uğur münasibətilə təbrik edərək, onlara final mərhələsində də qələbə sevincləri arzulayıblar.

Sonda yeniyetmə futbolçulara və onların məşqçilərinə fəxri fərman və hədiyyələr təqdim olunub.

Elnur Qurbanlı

Astarainfo.az