Astara şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yeniyetmələr və gənclər arasında kompüter oyunları üzrə rayon birinciliyi keçirilib.

Komanda üzrə yarışlar “Counter-strike”, fərdi yarışlar isə “Heart Stone” oyunu üzrə olub.

Rayon birinciliyində “Counter-strike” oyunu üzrə 10 komanda qələbə uğrunda mübarizə aparıb. “Qəzəbli beşlik” (şəhər 1 nömrəli tam orta məktəb) birinci, “Muslim Fightersa” (şəhər 2 nömrəli tam orta məktəb) ikinci, “Azərbaycan” (şəhər 4 nömrəli tam orta məktəb) və “Uğur”(Suparıbağ kənd tam orta məktəb) komandaları üçüncü yeri tutublar.

“Heart Stone” oyununda birinci yerə Nicat Cəfərli (Astara Pedaqoji Kolleci) layiq görülüb.

Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Hazırladı:     Elnur Qurbanlı

Astarainfo.az