Şiyəkəran kənd 2 saylı tam orta məktəbində gənclər və idman idarəsi,  təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının rolu” mövzusunda məktəbli yeniyetmə və gənclərlə görüş keçirilmişdir.

Rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, təhsil şöbəsinin müdiri Rəşad Həsənov, Şiyəkəran kənd 2 saylı tam orta məktəbinin  çağırışa qədər hazırlığı üzrə müəllimi Həbib Həbibov çıxış etmişdır.

Şagirdlərə Azərbaycan Silahlı Qüvvələri haqqında məlumatlar, hərbi nizamnamə qaydalarının mənimsədilməsi, onların ordu həyatı ilə tanış olmaları, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmaları, vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsinin, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarını öyrədilməsi  xüsusi vurğulanmışdır.

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunun Cəlilabad rayonunda keçirilən Respublika zona birinciliyində Şiyəkəran kənd 2 saylı tam orta məktəbin komandası əzmkarlıqla mübarizə apararaq 8 rayon və şəhər komandası arasında   II yeri qazanaraq Respublika final mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Sonda Şiyəkəran kənd 2 saylı tam orta məktəbin komandası gənclər və idman idarəsinin  diplomları ilə təltif olunmuşdur.

Hazırladı-Rufan Şirinov

Astarainfo.az