Astara rayonunda yaşayış binasında yanğın olub.


“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dördmərtəbəli yaşayış binasının zirzəmisində 120 m² sahədə məişət tullantıları yanıb. 

Yanğın zamanı mənzillərdən 20 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Mənzillər yanğından mühafizə edilib. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.