Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 96 il ötür. Ulu Öndərin doğum günü ilə əlaqədar ölkənin bütün bölgələrində olduğu kimi Astarada da silsilə tədbirlər keçirilmişdir. Mayın 9-da “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda elmi-praktiki konfrans keçirilmiş, 10-da ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda  minlərlə astaralı Ulu Öndərin xatirəsinə böyük hörmət və ehtiram əlaməti olaraq şəhər mərkəzindəki abidəsini ziyarət etmişlər. 

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra hakimiyyəti aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuşlar. 

Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar dənizkənarı park bulvarda ənənəvi olaraq keçirilən ümumrayon Kitab bayramında iştirak edənlər burada ayrı-ayrı bölmələr üzrə nümayiş etdirilən kitab sərgisi ilə tanış olmuşlar.   

Ümumrayon tədbiri axşam saatlarında dənizkənarı park-bulvarda konsert proqramı və atəşfəşanlıqla davam edəcəkdir.

Astarainfo.az