Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Abdullayev Ağasəlim Sahib oğlu

Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu

İslamzadə Akif Qədir oğlu

Quliyeva Səidə Əbülfəz qızı

Mütəllimova Firəngiz Bəhər qızı

Nərimanova Zemfira Əli qızı

Rəhimli İlham Əziz oğlu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 may 2019-cu il.